Azərbaycanda indiyə qədər qanuni sənədləri olan məscidlər sökülməyib – Qafqaz Müsəlmanları İdarəsi

Azərbaycanda indiyə qədər qanuni sənədləri olan məscidlər sökülməyib, bazar ertəsi jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Sabir Həsənli bildirib. “Məscidlərin sökülməsindən təəssüflənirik. Çünki bu, Allahın evidir. Ancaq biz dövlətin işinə qarışa bilmərik”, – Həsənli deyib.

“Bakıda məscid yox, qanunsuz tikili sökülüb. Həmin məscidə kimin Peyğəmbər adını verməsi də bizə məlum deyil. Tikili qanuni əsaslarla sökülüb”, – daha öncə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Aprelin sonunda Bakıda “Peyğəmbər” məscidi sökülüb. Məscidin qanunsuz tikildiyi iddia edilib. “Neft Daşlarındakı məscid qeydiyyatdan keçməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildiriblər ki, Neft Daşlarının 60 illiyi münasibətilə orada müəyyən tədbirlər görülür və bu tədbirlər cərçivəsində məscidlə bərabər bəzi tikintilər də sökülüb. Bu tikililər gil qatı üzərində tikilib. ARDNŞ məscidin sonradan tikiləcəyini bildirib”, – öncə Dövlət Komitəsindən bildiriblər.

Bu gün Azərbaycanda 998 məscid fəaliyyət göstərir.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO