Millət vəkilinin sözlərinə görə, hazırda bununla bağlı Milli Məclisdə müvafiq şöbələrdə, Silahlı Qüvvələrin nümayəndələrinin iştirakı ilə müvafiq işlər aparılır. Bununla bağlı hərbçilərin də iştirak etdiyi ayrıca komissiya da yaradılıb. «Burada məqsəd qanunvericiliyi müasir tələblərə uyğunlaşdırılması, vahid sənəd halına salınmasıdır. Eyni zamanda hərbi qanunvericilik hərbi doktrinanın müddəalarına uyğunlaşdırılır», – deyə Z. Oruc vurğulayıb.
Deputat bildirib ki, konkret olaraq «Hərbi çağırışın əsasları», «Hərbi xidmət haqqında» və digər qanunvericilik aktlarının vahid sənəd halına salınması gözlənilir. Deputat qanunvericiliyə magistratura və doktoranturaya qəbul olunmuş şəxslərin həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi üçün dəyişikliklərin ediləcəyini də söyləyib: «Bildiyim qədər bu məsələlər də qanunvericiliyə dəyişikliklərdə əksini tapıb. Bu sənədlər Prezident Administrasiyası ilə birgə işlənməkdədir». Z. Oruc onu da bildirib ki, qanunvericiliyə dəyişikliklərdə silahlı qüvvələrdə insan haqlarının qorunması ilə bağlı müddəalar da yer alacaq.
Qeyd edək ki, bir sıra qanunların, xüsusilə də hərbi xidmətə çağırışla bağlı qanunların birləşdirilməsi təklif olunub.