Ramiz Rzayev qeyd edib ki, ixtisaslaşma aparılanda işlər daha mükəmməl səviyyədə yerinə yetirilir.
“Əlbəttə ki, Azərbaycanda hakimlərin ixtisaslaşmasına ehtiyac var. İxtisaslaşma aparanda işlər daha mükəmməl olur. Bu sahədə müəyyən işlər görmüşük. Ali Məhkəmənin kollegiyaları – Cinayət işləri, Hərbi cinayətlər işləri üzrə, Mülki və bu ildən etibarən İqtisad kollegiyaları var. Yerlərdə birinci instansiyalar var, eyni zamanda, iqtisadi və inzibati məhkəmələr fəaliyyət göstərir. Bunlar müəyyən qədər ixtisaslaşdırılıb. Bir sıra ölkələrdə Mülki kollegiyaların tərkibində ailə, nikah münasibətlərinə bölmə təcrübəsi var. Bundan əlavə, əmək hüququ sahəsində pozuntularla bağlı ixtisaslaşma gedir. Bizdə hələ bu səviyyədə deyil. Bu, gələcəyin işidir”, – Rzayev deyib.