Azərbaycanda dövlət rüsumunun ödənilməsi qaydalarına dəyişiklik edilib

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dövlət rüsumunun ödənilməsi qaydaları ilə bağlı dəyişiklik edilib. Trend-in məlumatına görə, dəyişikliyə əsasən, vətəndaşlar dövlət rüsumlarını elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə də ödəyə biləcəklər. Dəyişiklikdə qeyd olunur ki, dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO