Azərbaycanda dövlət qulluqçularının əməkhaqlarında dəyişiklik olacaq

Azərbaycanda dövlət qulluqçularının əməkhaqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə deyib. “Hazırda bununla bağlı sənəd üzərində iş gedir. Bu motivasiya məsələsidir, yəni kim daha çox işləyirsə, o daha çox əmək haqqı almalıdır”, – DQMK sədri bildirib.
Xəlilov qeyd edib ki, sənədi 2014-cü ilədək hazırlamaq nəzərdə tutulub.
“Lakin çalışacağıq ki, daha tez zamanda bu sənədi hazırlayaq, beynəlxalq ekspertizadan keçirək, vətəndaş cəmiyyətinin müzakirəsinə çıxaraq”, – komissiya sədri deyib.
Xəlilov, həmçinin ali təhsili olmayan şəxslərin dövlət qulluğuna xitam verilməsinə də münasibət bildirib.
“Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulur ki, inzibati vəzifə tutan şəxslərin ali təhsili olmalıdır. Hər bir vəzifə üzrə tələblər, o cümlədən ixtisas tələbləri müəyyən edilib ki, bunlar da ali təhsilin olmasını zəruri edir. Ali təhsili olmayan şəxs həmin vəzifələrin tutulmasına uyğun gəlmir. Mərkəzi icra hakimiyyəti orqanlarında ali təhsili olmayan şəxslərin sayı çox azdır. Onların müəyyən olunması ilə Komissiya yox, həmin dövlət orqanları məşğuldur”, – DQMK sədri deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO