Azərbaycanda dərmanlarn qiymətlərini Tarif Şurası müəyyən edəcək

Azərbaycanda dərmanlarn qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın səhiyyə nazirinn müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi İqtisadi İnkiaf Nazirliyi ilə birgə dərmanlara vahid qiymət tətbq edilməsi üçün birgə iş aparır.

Ağayevin dediyinə görə, yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlər sürətləndiriləcəyi və bu işin həyata keçiriləcəyi gözlənilir. Bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində vahid qiymətlər yazılacaq. Vahid qiymətin ilk mərhələdə həyati vacib preparatlara tətbiq olunacağı gözlənilir. Sonradan isə digər dərman preparatları üçün də tətbiq ediləcəyi nəzərdə tutulur.

“Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi, vahid qiymət olacaq. Regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Burda topdan satış müəssisəsinin, apek müəssisəsinin konkret, bəlli bir faizi olacaq”, – Ağayev deyib.

Nazir müavini əlavə edib ki, bu məsələ qanunvericiliklə tənzimlənəcək. Bunun üçün dərman preparatlarının ən ucuz və keyfiyyətli olduğu ölkələr nümunə kimi seçiləcək və həmin ölkələrin təcrübəsi öyrəniləcək.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda dərman preparatlarının qiyməti Səhiyyə Nazirliyi tərəfindən deyil, Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur.

“Apteklərdə dərmanların qiymət məsələsi uzun müddət səhiyyənin qarşısında duran əsas məsələlərdən olub. Dünya ölkələrin bir coxunda, eləcə də Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Ancaq qonşu ölkələrdə bu tətbiq edilmədiyindən bizim üçün müəyyən qədər çətinlyimiz var idi”, – Ağayev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO