Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev bildirib. Onun sözlərinə görə, bu müddətdə 18 insan alveri qurbanı müəyyən edilib.
İnsan alverinə görə, 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Üç ayda DİN-in “qaynar xətt”inə insan alveri ilə 4650 müraciət daxil olduğunu deyən Ş. Qocayev onlardan yalnız birinin öz təsdiqini tapdığını deyib.