Azərbaycanda bələdiyyələrin hamısı parlamentə hesabat verməyəcək – Milli Məclisin komitə sədri

Azərbaycan Parlamentinin komitə sədri bələdiyyələrin parlamentə hesabat verməsi ilə bağlı qanun layihəsinin hazırlandığını deyib. “Layihədə bələdiyyələrin hamısının parlamentə hesabat verməsi nəzərdə tutulmayacaq”, – şənbə günü Trend News-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, yalnız fəaliyyətində ciddi nöqsanlar olan ayrı-ayrı bələdiyyələr parlamentə hesabat verəcəklər. Parlamentə hesabat verəcək bələdiyyələrin necə müəyyənləşdiriləcəyinə gəldikdə, komitə sədri deyib ki, layihədə bununla bağlı xüsusi müddəa olacaq. “Biz layihəni hazırlayanda bunun mexanizmini də müəyyən edəcəyik”, – komitə sədri əlavə edib.

Azərbaycanda növbəti bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO