Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən cümə axşamı Trend News-a bildiriblər ki, 1246 bələdiyyə üzrə 9042 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 1469 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 3928-i ali təhsillidir.
9 siyasi partiya (YAP, Ana Vətən, VHP, DADP, Ümid, ALDP, ADİSP, BQP və VBP) bu ilki seçkilərdə bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüblər.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 7490 nəfər dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 373 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.