Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi dekabrın ortalarına gözlənilir. Bu barədə bazar ertəsi jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. “Seçkilərin keçirilməsinin dəqiq tarixi sentyabrın sonunda MSK-nın iclasında müəyyənləşəcək”, – Pənahov deyib.
Pənahov həmçinin bildirib ki, səlahiyyətləri tamamlanmayan bələdiyyələr MSK-ya qarşıdakı seçkilərdə iştirak etmək xahişi ilə müraciət ediblər. “Bu, MSK üçün qeyri-adi hadisədir”, – o deyib. “MSK bu müraciətləri araşdırır və əgər onlar qanun tələblərinə zidd olmasalar, bu bələdiyyələr də seçki prosesinə daxil olacaqlar”, – Pənahov deyib.