Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub.
“Bayraq Festivalı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-ci il tarixli sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.