Azərbaycanda Avropa Şurasının yay məktəbi keçiriləcəkdir

Azərbaycanda Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin Yay Məktəbi keçiriləcəkdir. Avqustun 25-dən 28-dək keçiriləcək tədbirdə Avropa Şurasının üzvü olan Almaniya, Belçika, Portuqaliya, Serbiya, Çexiya, Slovakiya, İsveç, İsveçrə, Yunanıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən 35-ə yaxın nümayəndə iştirak edəcəkdir.

Bu barədə Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin Azərbaycan üzrə Proqram Komitəsinin rəhbəri, Gənclər və İdman Nazirliyinin Daimi Komitədəki nümayəndəsi Fərhad Hacıyev məlumat vermişdir.

F.Hacıyev qeyd etmişdir ki, Yay Məktəbinin ilk günü Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, son 10-15 il ərzində ölkədə bu istiqamətdə görülən tədbirlər haqqında qonaqlara məlumat veriləcək, Avropa İttifaqının 2020-ci ilə qədər gənclər siyasətinə dair strategiyasının təqdimatı keçiriləcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO