Azərbaycanda adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni prinsiplər açıqlanıb

“Vaxtı ilə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatında (VVAQ) siyahı mövcud idi və o siyahıdan kənara çıxılmırdı. İndi həmin siyahı xeyli genişləndirilib və prinsiplər müəyyənləşdirilib”, – Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, eyni adın müxtəlif formalarda yazılmasının qarşısı alınacaq. “Məsələn “Müsviq”, “Müşvik”, “Müşfiq” kimi adlardan yalnız bir variant təqdim olunacaq”, – Cəfərov bildirib.

Komitə sədri həmçinin bildirib ki, ikihərfli və ya üç adın birləşməsindən ibarət adın qoyulmasına icazə verilməyəcək. Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur.

Cəfərov bildirib ki, həddən artıq arxaik, kənardan gəlmə (Vera, Zara), və yaxud təcavüzkar şəxslərin (Andranik, Hitler, Stalin) adlarının qoyulmasına qadağa qoyulacaq. Adlar və soyadlarla bağlı sənədin bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilməsi gözlənilir.

“Lakin yeni tərtib olunan siyahıya düşməyən gözəl bir ad ola bilər ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi komissiyasının rəyi əsasında uşağa verilə bilər”, – komitə sədri bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO