Azərbaycanda 3 minə yaxın ABŞ vətəndaşı prezident seçkilərində səs verə biləcək

Azərbaycanda müvəqqəti yaşayan 3 minə yaxın ABŞ vətəndaşı ölkədə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində iştirak edə biləcək. Bu barədə çərşənbə axşamı Trend-ə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib. Diplomatik missiyadan bildirilib ki, xaricdə yaşayan ABŞ vətəndaşları uçotdan çıxma bülleteni almaq üçün “elektron” sorğu göndərməklə prezident seçkilərində iştirak etmək imkanına malikdirlər.
ABŞ Dövlət Departamenti tərəfindən yayılmış seçkiqabağı məlumat materiallarında deyilir ki, bu halda xaricdə olan ABŞ vətəndaşlarının bir hissəsi fayl şəklində elektron poçtla göndərməklə və ya qorunan internet-portala girməklə doldurulmuş uçotdan çıxma bülletenini qaytarmaq imkanına malikdirlər.
Dövlət Departamentinin məlumatına görə, hazırda dünyanın 160-dan çox ölkəsində ümumilikdə təxminən 6,3 milyon ABŞ vətəndaşı yaşayır.
Çərşənbə axşamı, noyabrın 6-da ABŞ-da start götürən prezident seçkilərində Ağ Evin 57-ci rəhbəri seçiləcək.
Seçilmiş prezidentin andiçmə mərasimi 2013-cü il yanvarın 20-də baş tutacaq.
Hazırkı Prezident Barak Obama ikinci müddətə Demokratlar Partiyasından namizədliyini irəli sürüb. Respublikaçılar Partiyasından namizəd Mitt Romni Massaçusets ştatının keçmiş qubernatorudur.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO