Azərbaycan vətəndaşlarının Rusiyada məcburi əməyə cəlb edildiyi məlum olub

Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan bir qrup şəxsin 2009-2011-ci illərdə Rusiya Federasiyasının Saxa və Xanqalasskiy rayonunda (Yakutiya) məcburi əməyə cəlb olunma faktı müəyyən edilib. Məcburi əməyə cəlb edilənlərin sayı və digər təfərrüatlar hələlik açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO