Azərbaycan və Türkiyə arasında daha bir dəmiryol xətti

Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni dəmiryol xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər.Bu barədə bazar ertəsi Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası ilə Qarsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır.
“Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdıqdan sonra həyata keçiriləcək”, – Əzməmmədov deyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə istismara veriləcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO