Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb. Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin süverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub.
Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
Trend.az