Azərbaycan və Rumıniya arasında bir neçə sənəd imzalanıb

Görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanın, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Bunun ardınca isə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Basesku, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzalayıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO