Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar günü səhər İrana səfər edib. Səfər zamanı Azərbaycanın xarici işlər naziri bu gün günortadan sonra Azərbaycan tərəfdən həmsədri olduğu iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səkkizinci iclasında iştirak edəcək.

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan və İranın xarici işlər naziri Elmar Məmmədyarov və Əli Əkbər Salehidir.
Komissiyanın bundan əvvəlki iclası 2008-ci ilin martında Bakıda keçirilib. Məmmədyarov iranlı həmkarı Salehi ilə də ikitərəfli görüşlər keçirəcək.

2010-cu ilin yekunları üzrə Azərbaycan və İran arasında xarici mal dövriyyəsi 243,219 milyon dollar təşkil edib. Bununla yanaşı, ixrac əməliyyatları 124,98 milyon dollar məbləğində həyata keçirilib, idxalın payına 118,24 milyon dollar düşür.

“Hökumətlərarası komissiyanın toplantısı ərəfəsində iclasın gündəliyini hazırlayacaq ekspert görüşü də keçiriləcək”, – İsgəndəri bildirib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO