Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər.
Görüşdə münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlərə dair də fikir mübadiləsi aparıblar.