Bunlardan biri Litva və Azərbaycanın sahibkarlar konfederasiyaları arasında, digəri isə Vilnüs Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında imzalanıb.
Birinci sənədi Litva Sahibkarlar Konfederasiyasının baş direktoru Algimantas Akstinas və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, ikinci sənədi isə Vilnüs Universitetinin vitse-rektoru Yuris Banis və AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev imzalayıblar.