Martın 18-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.