Azərbaycan və Çexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlıq sahəsində razılıq əldə olunub

Azərbaycan və Çexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlıq sahəsində ümumi razılıq əldə olunub. Azərbaycan Müdafiə Sənayesi nazirliyinin yaydığı məlumata görə, nazir Yavər Camalov 20-25 yanvar tarixlərində Çexiya Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində Azərbaycan ilə Cexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadilələri aparılıb və bu sahədə ümumi razılıq əldə olunub.
Səfər çərçivəsində nazir Yavər Camalov Çexiyanın müdafiə naziri Aleksandr Vondra, sənaye və ticarət nazirinin müavini Milan Hovorka, xarici işlər nazirinin müavini Tomaş Dub və bu ölkənin hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrin rəhbərləri ilə görüşüb.

Azərbaycanın nümayəndə heyəti Cexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrlə yaxından tanış olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO