Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin yaxın həftələrdə görüşü planlaşdırılır

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün yaxın həftələrdə keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Yan Kelli deyib. Kelli qeyd edib ki, görüşün dəqiq tarixi müəyyənləşdirilir. O, həmsədrlərin regiona səfərinin isə növbəti görüşdən sonra baş tutacağını diqqətə çatdırıb.
ABŞ-dan olan həmsədr yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü də yüksək dəyərləndirib.
“Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə görşmək və eyni zamanda gərginliyi azaltmaq, eləcə də sülh prosesini irəliyə aparmaq istiqamətində birgə müzakirələr aparmaq imkanını alqışlayır”, – Kelli vurğulayıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə ediblər. XİN rəhbərləri münaqişənin sülh yolu ilə nizamlanmasına dəstəklərini və danışıqları davam etdirmək üçün qətiyyətlərini təsdiq ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO