Azərbaycan və Ermənistan parlamentlərinin deputatları iki icmanın birgə yaşayışını müzakirə edəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin deputatları Dağlıq Qqarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. “Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi, məcburi köçkünlərin yurd-yuvalarına qayıtması, iki icmanın nümayəndələrinin birgə yaşayışı məsələləri müzakirə olunacaq”, – çərşənbə axşamı Trend News-a Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Aslanova deyib ki, görüş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan və Ermənistan deputatlarının görüşü oktyabrın 22-də keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO