Sənəd layihəsi və onun imzalanacağı tarix Dağıstan Milli Şurasının sədri Məhəmmədsultan Məhəmmədovun Bakıya hazırkı səfəri zamanı müzakirə olunacaq. Bazar ertəsi Dağıstan Milli Şurasının sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcək.
Bu barədə jurnalistlərə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə bağlı anım tədbirlərində iştirak etmək üçün Bakıya gələn Məhəmmədov özü məlumat verib.