Avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzalayıblar.
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko imzalayıblar.
“Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş”i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzalayıblar.
Trend.az