Azərbaycan ötən il Avropa Məhkəməsinin 12 iş üzrə çıxardığı qərar əsasında təzminat ödəyib

Hesabatda bildirilir ki, AİHM qərarlarının icrasına nəzarətlə bağlı AŞ Nazirlər Komitəsinə müraciətlərin sayı artıb. 2010-cu ildə Nazirlər Komitəsinə 1710 belə halla bağlı müraciət daxil olub, bu işlərdən 455-nə xitam verilib. Ümumilikdə ötən il AİHM qərarları ilə hökumətlər 64 milyon avro təzminat ödəyiblər. Azərbaycan hökuməti ötən il 12 iş üzrə 334602 avro təzminat ödəyib.

2010-cu il dekabrın 31-nə olan məlumata görə, Nazirlər Komitəsində Azərbaycanla bağlı 31 iş var, ötən il 15 iş üzrə baxış yekunlaşdırılıb. Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin işi və “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə qərarının icrası ilə bağlı iş də Nazirlər Komitəsindədir.

Avropa Şurası Nazirlər Komitəsi Eynulla Fətullayevin işi ilə bağlı bir daha bəyan edib ki, Azərbaycanın səlahiyyətli qurumları onun həbsdən azad edilməsinə dair bütün mümkün imkanları araşdırmalı, zəruri halda azadlıqdan məhrumetmə cəzasını alternativ cəza ilə əvəzləməlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO