Azərbaycan prezidenti İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər haqqında fərman imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Fərmana əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılıb. Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması məsələsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll etmək, qurumun fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.