Azərbaycan Penitensiar Xidməti Müalicə Müəssisəsində məhkumun intihar etməsini təsdiqləməyib

Azərbaycan Penitensiar Xidməti Müalicə Müəssisəsində məhkumun intihar etməsi ilə bağlı mətbuatda yayılan məlumatlı təkzib edir. Bu gün bəzi KİV-lərdə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmiş Elnur İsmayılovun intihar etdiyi barədə xəbər verilib.

PX-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a bildirilib ki, yayılan informasiyada İsmayılova qarşı psixoloji təzyiqin göstərilməsi və bunun nəticəsi olaraq onun Penitensiar Xidmətin Müalicə Müəssisəsində özünü asaraq intihar etməsi iddia olunur. Həmin məlumatla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bəyan edir ki, yayılan məlumatlar həqiqətə uyğun deyildir və tamamilə yanlışdır.

“Hal-hazırda İstintaq Təcridxanasında saxlanılan məhkum İsmayılovun psixoloji və fiziki durumunda, habelə saxlanma şəraitində heç bir problem yoxdur və o, qısa müddət ərzində cəzasının çəkilməsi üçün penitensiar müəssisələrin birinə göndəriləcəkdir”, – deyə PX-dən bildirilib.

PX həmin məlumatla əlaqədar xəbəri yayan mətbu orqanının təkzib verməsini tələb edib.

Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunan Təvəkkül İsmayılov ömürlük, Elnur 6, Elçin isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO