Azərbaycan Parlamentinin deputatları İTRYŞ-yə büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlər

Azərbaycan Parlamentinin deputatları İctimai Televiziya və Radio Yayımları Şirkətinə büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlər. “İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İTV özünü doğruldub, ona görə də quruma büdcədən ayrılan vəsait artırılmalıdır”, – Trend News-un məlumatına görə, çərşənbə günü Ana Vətən Partiyasının sədri (AVP), Milli Məclisin depuatatı Fəzail Ağamalı bildirib.

“Məni ən çox narahat edən məsələlərdən biri İctimai Televiziyaya ayrılan vəsaitdir. Bu telekanal büdcədən maliyyələşən yeganə telekanaldır ki, Milli Məclisin fəaliyyətini daha çox işıqlandırır, deputatlara imkan yaradır”, – dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, Avropa Yayımları Birliyinə üzv olan telekanallar içərisində ən az büdcəsi olan İTV-dir. “İctimai televiziya ən baxımlı və milli kanaldır”, – millət vəkili Fəzail İbrahimli qeyd edib. Onun fikrincə, İTV-nin milli-mənəvi dəyərlərin qorunmasında xüsusi rolu var. “Milli dəyərlərin xalqa çatdırılması sahəsində gördüyü bu işləri nəzərə alaraq İTV-yə diqqətin artırılması məqsədəuyğun olardı”, – millət vəkili əlavə edib.

Deputat Aynur Quliyeva gələn ilin büdcə layihəsində İTV-yə ayrılan vəsaitə yenidən baxılmasını xahiş edib. “İTV cəmiyyətin bütün problemlərini çiynində daşıyan, ictimaiyyətin maraqlarına fədakarlıqla xidmət göstərən və seçki prosesinin bütün çətinliklərini daşıyan və bu sahədə üzümüzü ağ edən bir televiziyadır. Bu məsələyə diqqət yönəltməyi xahiş edirəm”, – o bildirib.

Millət vəkili Qənirə Paşayeva da İTV-yə büdcədən ayrılan vəsaitin artırılmasına tərəfdar olduğunu deyib. “İctimai televiziya dövlət büdcəsindən maliyyələşir. Bu gün hamımız şikayət edirik ki, televiziyalarda lazımi səviyyədə proqramlar hazırlanmır. İstər əhalinin maarifləndirilməsi baxımından, istərsə də milli mənəvi dəyərlər baxımından. İctimai televiziya məhz bu funksiyanı həyata keçirən ən uğurlu televiziyalarımızdan biridir. Ona görə İTV-nin maliyyələşdirilməsi üçün vəsaiti daha da artırmaq lazımdır ki, onlar daha yüksək səviyyəli proqramlar hazırlasınlar. Çünki bu televiziya ictimaiyyətin televiziyası olaraq cəmiyyətin daha güclü şəkildə maarifləndirilməsini həyata keçirir”, – Paşayeva vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO