Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir – vitse-spiker

Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir. “Layihənin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da bizə dəstək verməsi vacibdir”, – Trend News-un məlumatına görə, çərşənbə günü Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda keçirilən dinləmələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2006-cı ildən Avropa Şurasının ailə-məişət zəminində baş verən zorakılıqlara qarşı başladığı kampaniyaya qoşulub. “Xeyli müddətdir bu problem bütün dünyada aktualdır və Azərbaycanda da bu sahədə Avropa Şurası və BMT ilə əməkdaşlıq edir”, – Muradova qeyd edib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində ailə-məişət zorakılıqlarını qarşısının alınmasını nəzərdə tutan müddəalar var.

Azərbaycan Parlamenti 2008-ci ildə “Məişət zorakılığı haqqında” qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb. BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO