Bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. O qeyd edib ki, hazırda saziş üzərində iş gedir və onun yaxın zamanlarda imzalanması planlaşdırılır. “Burada həm deputatların, həm də parlament icra strukturlarının birgə fəaliyyəti nəzərdə tutulur”, – Mirzəyev bildirib.
Aparat rəhbəri həmçinin deyib ki, Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisinin birgə hazırladığı “Nizama salınmanın təsirinin qiymətləndirilməsi haqqında” qanun layihəsi artıq hazırdır.
Onun sözlərinə görə, bu sənədin hazırlanmasına 2 il vaxt sərf olunub.
“Layihənin hazırlanmasında Avropa təcrübəsinə xüsusi önəm verilib. Hazırda layihə üzərində tamamlanma işləri gedir və iş başa çatan kimi baxılması üçün müvafiq qurumlara göndəriləcək”, – Mirzəyev vurğulayıb.