Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu il 22 milyon manat həcmində ixracat həyata keçirib

Müdafiə Sənayesi Nazirliyi (MSN) 2012-ci ildə 22 milyon manat həcmində ixracat həyata keçirib. APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib. Nazir növbəti ildə də ixracatın artırılması yönündə işlərin görüləcəyini vurğulayıb. MSN müəssisələrində yeni müdafiə təyinatlı məhsulların yaradılması və istehsalının təşkili ilə bağlı işlərin görüldüyünü deyən nazir artıq bir sıra layihələrin reallaşdırıldığını söyləyib.
Xatırladaq ki, MSN ötən il 11 milyon manatlıq ixracat həyata keçirib.
Qeyd edək ki, bu gün MSN işçilərinin peşə bayramı günü münasibəti ilə nazir Yavər Camalov da daxil olmaqla nazirliyin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO