Azərbaycan lazım olacaqsa, Ermənistana qarşı daha radikal tədbirlər görəcək.

Azərbaycan lazım olacaqsa, Ermənistana qarşı daha radikal tədbirlər görəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə “Ermənistan bəyan edir ki, Qarabağ üzərindən keçib, Azərbaycana gedən təyyarələri vura bilərlər. Azərbaycan bununla bağlı hansı tədbirlər görür?” sualını cavablandırarkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Hazırda Azərbaycan hökuməti bununla bağlı bütün lazımi tədbirləri həyata keçirir, lazımi işləri görür. Separatçı rejim bütün dünyaya meydan oxuyur. Separatçı rejim meydan oxuyan hal-hazırkı Ermənistan dövlətidir və onun rəhbərləridir”, – Həsənov əlavə edib.
PA rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan keçmiş Xocalı aeroportunun bərpa edilməsi və separatçı rejimin Azərbaycanın suveren ərazisində uçuşlar həyata keçirməsi, təyyarələr qəbul etməsi, göndərməsi qeyri-qanunidir.
“Bu, həm beynəlxalq hüquqa, həm də ölkələrarası münasibətlərin bütün aspektlərinə ziddir. Ona görə də Azərbaycan lazımi tədbirləri görür. Düşünürük ki, bunun qarşısını ala biləcəyik”, – Həsənov əlavə edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO