Azərbaycan Konstitusiya Məhkəməsində daxil olan şikayətlərlə bağlı bələdiyyə üzvləri dindirilib – sədr

Azərbaycanın Konstitusiya Məhkəməsinə (KM) bələdiyyələrin fəaliyyəti ilə bağlı bir neçə şikayət daxil olub. “Konkret işlərlə bağlı bir neçə bələdiyyə sədri və bələdiyyə üzvləri Konstitusiya Məhkəməsində dindiriliblər. Məhkəmənin qərarı ilə həmin işlərlə bağlı məhkəmə aktları qüvvədən salınıb”, – bazar ertəsi Trend News-a KM-nin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, bələdiyyə aktlarının Konstitusiya və qanunlara uyğunsuzluğu ilə bağlı Konstitusiya Məhkəməsinə indiyə qədər şikayət daxil olmayıb. “Bələdiyyələrin fəaliyyətindən çox saylı şikayətlər olsa da, vətəndaşlar mübahisələri məhkəmələr vasitəsilə həll etməyə üstünlük verirlər. Vətəndaşların bələdiyyə aktlarının qanunsuzluğundan Konstitusiya Məhkəməsinə birbaşa şikayət etmək hüququ olsa da, məhkəməyə indiyə qədər bir şikayət daxil olmayıb”, – Abdullayev əlavə edib.

Onun sözlərinə görə, mülki prosesual qanunvericiliyə əsasən, bələdiyyə aktlarından hər bir kəsin ümumi məhkəməyə müraciət etmək hüququ var və onlar məhkəmə yolu ilə pozulmuş hüquqlarını bərpa etməyə üstünlük verirlər. “Bu, vətəndaşların seçimidir və bu seçimdə böyük həqiqət var”, – Abdullayev deyib.

KM sədri bu məsələ ilə bağlı həm bələdiyyə sakinləri, həm də bələdiyyə üzvləri arasında hüquqi maarifləndirilmənin aparımasını aktual hesab edir. “Vətəndaşlar hansı zaman hansı məhkəməyə müraciət etmələrini bilmədirlər”, – Abdullayev bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO