Azərbaycan Gənc Hüquqşünaslar Birliyi prezident seçkilərini müşahidə edəcək.
Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə 2.500 nəfər Mərkəzi Seçki Komissiyasının yerli qurumlarında qeydiyyatdan keçib. Müşahidəçilər seçki günü fəaliyyətlərini təsdiqləyəcək xüsusi lövhəciklərlə təmin olunublar. Birlikdən o da bildirilib ki, müşahidəçilərin əksəriyyətini gənc hüquqşünaslar təşkil edir.