2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 154 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 39473,1 milyon ABŞ dolları təşkil edib, onun 8444,7 milyon dolları idxalın, 31028,4 milyon dolları ixracın payına düşüb, 22583,7 milyon dollarlıq müsbət saldo yaranıb.
Qeyri-neft məhsullarının ixracı 1477,8 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-noyabr aylarının səviyyəsini 11,2 faiz üstələyib.
Xarici ticarət əməliyyatlarının 82,7 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, İsrail, Fransa, İndoneziya, Hindistan, Almaniya, Yunanıstan, Çin, Tayvan (Çinin əyaləti), Böyük Britaniya, Gürcüstan, Çexiya, Bolqarıstan, Ukrayna və Malayziya dövlətləri, qalan 17,3 faizi isə digər ölkələrlə aparılıb.
Trend.az