“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıt şəhərində yeni inzibati binanı istismara verib. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
“Yeni inzibati binada bütün bəzək işləri başa çatıb. Binada personalın işi üçün komfortlu otaqlar yaradılıb”, – məlumatda deyilir.
İnzibati binanın ümumi sahəsi 716,58 kvadrat metr təşkil edir. Bina bir təhsil və bir akt zalından, 22 inzibati otaqdan və digər otaqlardan ibarətdir.
Trend.az