Azərbaycan deputatları yeni doğulacaq uşaqların cinsi mənsubiyyətinin açıqlanmasını qadağan etmək niyyətindədirlər

Azərbaycan parlamentinin deputatları həkimlərin yeni doğulacaq uşağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verməsini qadağan edən qanun layihəsini müzakirə edirlər. Bu, ciddi demoqrafik problemlə əlaqədardır. Son illər ölkədə yeni doğulmuş oğlan uşaqlarının sayı qızlara nisbətən xeyli çoxdur.

16 oğlan və 6 qız: 1-ci dərəcədən başlayaraq 6-cı dərəcəyədək – bütün dərəcələr üzrə yeni doğulan uşaqların cinsi mənsubiyyəti nisbəti belədir. Son 12 ildə respublikamızda hər üç yeni doğulan körpədən yalnız biri qız uşağı olur.

Belə vəziyyət demoqrafik böhran təhlükəsi yaradır. Buna görə də ölkə rəhbərliyinin ciddi narahatlığına səbəb olmuşdur. Seçmə yolu ilə uşaqsalma problemini həll etmək üçün deputatlar “Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında” qanun layihəsini işləyib hazırlamışlar. Həmin sənəd parlamentdə iki dəfə müzakirə olunmuş, lakin qızğın müzakirələrdən sonra yenidən işlənməyə qaytarılmışdır.

Qanun layihəsi həkimlərə hamiləliyin ilk üç ayında valideynlərə yeni doğulacaq körpələrin cinsi mənsubiyyəti barədə məlumat vermələrini qadağan edir. Yeni doğulan körpələrin normal cinsi mənsubiyyət nisbətinin 100 qıza 105 oğlan düşməsi hesab edilir. Azərbaycanda bu il anadan olmuş körpələrin 60 faizi oğlan uşağıdır.

Əgər qanun layihəsi bu sessiyada qəbul edilsə, sənəd gələn ildən qüvvəyə minəcəkdir. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu, uşaqsalmanın miqdarının azalması ilə nəticələnəcəkdir və çox güman ki, yaxın gələcəkdə dərəcələr üzrə yeni doğulacaq oğlan və qızların sayı bərabərləşəcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO