Nazirlikdən verilən məlumata görə, sessiyanın işində Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələrini də iştirak edəcəyi gözlənilir. İclasda sonuncu sessiyada namizədliyi irəli sürülmüş İşçi Qrupun sədr müavini vəzifəsinə seçkilər də keçiriləcək.
Xatırladaq ki, İşçi Qrupun 60-cı sessiyası ötən ilin 27-30 sentyabr tarixlərində Cenevrədə keçirilib. Həmin sessiyada Azərbaycan Baş Dövlət Yol İdarəsinin nümayəndələri iştirak edib.