Azərbaycan BMT-də ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni silahlanmaları ilə bağlı məsələni qaldırıb

Ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni silahlanmaları ilə bağlı məsələ BMT Baş Assambleyasının Tərk-silah və beynəlxalq təhlükəsizlik məsələləri üzrə komitəsinin 17-ci iclasında müzakirə olunub. “Ermənistan işğal olunmuş ərazilərdə özünün hərbi iştirakını genişləndirir: dəlillər nəzarətdə olmayan silahların, həmçinin 316 tank, 324 zirehli transpartyor, 322 artireliya sisteminin sayının artırılmasını göstərir ki, bu da maksimum səviyyəni keçir”, – komitə sədrinin müavini, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Oqtay İsmayılzadə deyib.

“Ermənistanın aqressivliyi Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalına, bir milyon insanın ölkə daxilində yerdəyişməsinə, hərbi cinayətlərə və soyqırıma gətirib çıxarıb. Ermənistan qanunsuz yolla əldə etdiyi silahların böyük bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir və “Avropada adi silahlı qüvvələr haqqında” müqavilənin prinsiplərinə əməl etmir. Bu da Azərbaycanın təhlükəsizliyinə və bütün regionun inkişafına təhlükə yaradır”, – o deyib.

Görüş iştirakçıları qeyd ediblər ki, dünyada sülhə yalnız silahlanma haqqında mövcud razılıqlara əməl etməklə nail olmaq olar. Əks halda, silahlanmada rəqabət dünyada stabilliyə gedən yolda maneə olacaq.

İsmayılzadə qeyri-qanuni güc tətbiqindən bəzi ölkələrin bu günədək əziyyət çəkdiyindən təəssüfləndiyini bildirib. Dünya əhalisi isə ayrı-ayrı ölkələrin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən qurbana çevrilir. “Ermənistan Azərbaycanı hərbi büdcəsinin artırmaqda və silahlanma normalarını pozmaqda ittiham edir. Amma Azərbaycanın müdafiə xərclərinin büdcənin ümumi artırılmasına uyğun olaraq artırılması faktını nəzərə almır”, – o deyib.

“Azərbaycan ordusunun xərcləri Ermənistanla müqayisədə ÜDM-in 3.26 faizini təşkil edib. Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan “Avropada adi silahlı qüvvələr haqqında” müqavilə üzrə öhdəliklərini yerinə yetirir, son beş ildə ölkə Daşkənd razılığına əsasən, qadağan olunan 150-dən çox silah və texnikanı azaldaraq məhv edib. Azərbaycan bütün işğal olunmuş ərazilərinin azad ediləcəyinə, məcburi köçkünlərin öz evlərinə qaytarılacağına və Dağlıq Qarabağda sülh və stabilliyin bərqərar olacağına ümid edir”, – o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO