Azərbaycan Ali Məhkəməsinin sədri AŞPA həmməruzəçiləri ilə görüşüb

Azərbaycan Ali Məhkəməsinin sədri AŞPA həmməruzəçiləri ilə görüşüb Pedro Aqramunt ilə görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verib. Bu barədə Ali Məhkəmənin İnternet saytında yerləşdirilən məlumatda deyilir.

O, bildirib ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur, hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb.
Monitorinq Komitəsinin həmməruzəçiləri səfərin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO