Azay Quliyev: Azərbaycanda dini və etnik zəmində sabitliyi pozmağa cəhd edirlər

baycanda tarixən dini və etnik zəmində tolerantlıq və sabitlik mövcuddur. Lakin bu sabitliyi pozmağa cəhd edən qüvvələr var”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” movzusunda keçirilən konfransda bildirib.

Onun fikrincə, Azərbaycanda dini maarifləndirmə sahəsinə yad ünsürlərin ayaq açmasına imkan verilməməlidir: “Azərbaycanın dünyəviliyi və tolerantlıq bizim zənginliyimizdir. Biz bunu qorumalıyıq”.

A.Quliyev qeyd edib ki, DQİDK ilə birgə görüləcək işlər üçün hədəf qrupları müəyyənləşdirilməlidir: “Xüsusən etnik qrupların çoxluq təşkil etdiyi bölgələrdə fəallıq göstərməliyik. Çünki bir sıra ölkələrin müəyyən qüvvələri bu bölgələrdə bəzi fəaliyyətlər göstərirlər”.

Şura sədri “İslam Dövləti” ilə əlaqədar dünyada aparılan informasiya siyasəti ilə bağlı mövqeyini də açıqlayib: “Bütün dünyanı lərzəyə gətirən İŞİD-lə bağlı dünyanın əsas informasiya kanallarında aparılan siyasət yanlışdır. İŞİD-in İslama nə aidiyyəti var? Onu “İslam dövləti” adlandırmaqla dini toleranlığa zədə vururlar. Onu öz adı ilə terrorçu kimi adlandırmaq lazımdır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO