Azad Rəhimov: MDB gənclərinin əməkdaşlığı humanitar əməkdaşlığın mühüm hissəsidir

MDB gənclərinin əməkdaşlığı həmin ölkələrin humanitar əməkdaşlığının mühüm hissəsidir. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov cümə günü Bakıda MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasının açılışında bildirib. “Müasir dünyada humanitar əməkdaşlıq nəhəng sabitləşdirici rol oynayır. Humanitar əməkdaşlıq ölkələr arasındakı münasibətlərə, bəşəri dəyərlərin saxlanmasına, insan potensialının inkişafına səmərəli təsir göstərir və iqtisadi inkişaf üçün imkan yaradır. Gənclərin əməkdaşlığı isə humanitar əməkdaşlığın mühüm hissəsidir”, – nazir deyib.
Onun sözlərinə görə, gənclər keyfiyyətli təhsil almaqda və işə düzəlməkdə digər yaş qruplarından daha çox maraqlıdırlar.
“Hazırkı gənclik son dərəcə praqmatikdir. Bu gün biz gənclərimizə görə məsuliyyət daşıyırıq”, – Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxaq və dünya forumlarında, idman yarışlarında iştirak edib. “Onların arasında humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoq sahəsində tədbirlər xüsusi yer tutur”, – nazir deyib.
MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusun nümayəndələri iştirak edir. Onlar gənclər siyasətinin reallaşdırılması məsələlərini müzakirə edirlər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO