Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinin səsverməsində rekord sayda gəncin – 600 min gəncin iştirak edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir vurğulayıb ki, gənclərin səsvermədə iştirakı qurum üçün çox vacibdir: “Əsas məqsədimiz gənclər arasında maarifləndirmə aparmaq, onları seçki məntəqələrinə cəlb etməkdir”.
Nazir qeyd edib ki, hazırda gənclər üçün seçkilərə çağırış rolikləri hazırlanır və bu yaxınlarda televiziyada nümayiş etdiriləcək.