Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 15-dən 17-dək Türkiyənin Marmaris şəhərində “Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma” kursu, dekabrın 15-dan 18-dək isə Türkiyənin paytaxtı Ankara şəhərində 7-ci “Azərbaycan-Türkiyə: Yüksək səviyyəli hərbi dialoq iclası” keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az