Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranın ölkəmizdəki səfiri ilə görüşüb.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayini qəbul edib.
Görüşdə bölgədə hərbi-siyasi vəziyyət və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.