Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında 30 iyun – 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.
XİN-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.