Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdziya ilə görüş keçirib.
Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, xüsusilə enerji və investisiyalar sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.